Ədliyyə Akademiyasında “Azərbaycan Respublikasında arbitrajın inkişafı: hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsində Ədliyyə Nazirliyinin rolu” mövzusunda təlim keçirilib

İyulun 16-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Nazirliyin və onun strukturuna daxil olan qurumların əməkdaşları üçün “Azərbaycan Respublikasında arbitrajın inkişafı: hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsində Ədliyyə Nazirliyinin rolu” mövzusunda təlim keçirilib.

Təlim zamanı Azərbaycanda arbitraj institutunun cari vəziyyəti və inkişaf istiqamətləri, mübahisələrin alternativ həlli mexanizmi kimi arbitrajın əhəmiyyəti, o cümlədən Ədliyyə Nazirliyinin bu sahədə rolu barədə ətraflı məlumat verilib.

Bakı Arbitraj Mərkəzinin Direktorlar Şurasının üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Komitəsinin sədri Nazlı Əhmədova tərəfindən aparılan təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı praktiki nümunələr təqdim olunub.

17-07-2026

Paylaş: