Ədliyyə Akademiyasında bələdiyyə üzvləri və qulluqçuları üçün maarifləndirici təlim təşkil olunub

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında bələdiyyə üzvləri və qulluqçuları üçün maarifləndirici təlim təşkil olunub.

Təlimdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Fərid Qarakişiyev, İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Fuad Piriyev və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Ədliyyə Akademiyasının müəllimi Elxan Quliyev təqdimatla çıxış ediblər.

Təlim proqramı çərçivəsində iştirakçılara korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət, vətəndaş müraciətlərinə baxılması və vətəndaş məmnuniyyətinin artırılması, eləcə də korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin istintaq metodikası mövzularında ətraflı məlumat verilib.

İnteraktiv müzakirələr şəraitində keçirilən təlim zamanı iştirakçıların sualları cavablandırılıb, praktiki nümunələr əsasında izahlar təqdim olunub.

Təlimdə ümumilikdə 66 nəfər bələdiyyə üzvü və qulluqçusu iştirak edib.

01-05-2026

Paylaş: