Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib
Ədliyyə Nazirliyinin Ədliyyə
Akademiyasında Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı İdarəçilik üçün
Tərəfdaşlıq (PGG III)” proqramının 2023–2027-ci illəri əhatə edən üçüncü
mərhələsi çərçivəsində həyata keçirilən “Azərbaycanda mediasiyanın təşviqi”
layihəsi ilə əlaqədar ölkəmizdə səfərdə olan Ədalət mühakiməsinin səmərəliliyi
üzrə Avropa Komissiyasının (CEPEJ) nümayəndə heyəti ilə ikitərəfli görüş
keçirilib.
Görüşdə CEPEJ ekspertləri Rimantas
Simaitis və Karim Salem, proqram meneceri Leonid Antonih, Ədliyyə
Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini,
hüquq elmləri doktoru Fərdin Xəlilov və Akademiyanın digər əməkdaşları, eləcə
də Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin Beynəlxalq
müqavilələr idarəsinin rəisi Könül Yusifli iştirak ediblər.
Görüş zamanı Ədliyyə Akademiyasında
mediatorların hazırlanması istiqamətində görülən işlər və gələcək fəaliyyət
planları barədə nümayəndə heyətinə ətraflı məlumat verilib. Həmçinin Azərbaycanda
mediasiya institutunun inkişafı, mediatorların peşə hazırlığının
təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində aparılan
işlərdən danışılıb.
Görüş çərçivəsində CEPEJ-in ekspertləri
tərəfindən Avropa ölkələrinin qabaqcıl təcrübələri barədə məlumat təqdim
olunub, mediasiyanın inkişafı sahəsində həyata keçirilən islahatlar və mövcud
çağırışlar müzakirə edilib.
02-07-2026


