ƏDLİYYƏ AKADEMİYASINDA İCRA VƏ PROBASİYA ŞÖBƏLƏRİNİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏLİM KEÇİRİLİB

Ədliyyə Akademiyası mütəmadi olaraq Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində birgə seminarlar və tədbirlər həyata keçirir.

Növbəti təlim mayın 18-də Ədliyyə Akademiyasında Gəncə, Sumqayıt şəhər probasiya şöbələrinin, rayon (şəhər) icra və probasiya şöbələrinin icra məmurları (probasiya üzrə) üçün keçirilib.

Tədbiri giriş sözü ilə Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov və Probasiya xidmətinin rəis müavini Musa Hümbətov açaraq iştirakçıları salamlayıb və tədbirin icra və probasiya məmurları üçün əhəmiyyətindən danışıblar.

Təlimdə  Daxili İşlər Nazirliyinin nümayəndələrinin “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkli və aparılması qaydaları barədə”, “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair”, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair” mövzuları üzrə mühazirələri dinləyicilərin diqqətinə çatdırılıb.

Təlimin sonunda dinləyiciləri maraqlandıran suallara cavab verilib.   

18.05.2019

Paylaş: