Ədliyyə Nazirliyində Qars Vəkillər Kollegiyasının nümayəndə heyəti ilə görüş keçirilib
İyunun 5-də Ədliyyə Nazirliyində Türkiyə
Respublikasının Qars Vəkillər Kollegiyasının nümayəndə heyəti ilə görüş
keçirilib.
Görüşdə Qars Vəkillər Kollegiyasının
sədri Necat Yağcı, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Rövşən
İsmayılov, eləcə də hər iki tərəfin digər nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan Rövşən İsmayılov
Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq, dostluq və
qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hüquq və ədliyyə
sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. O, iki ölkənin ədliyyə qurumları
və təhsil müəssisələri arasında səmərəli əməkdaşlıq əlaqələrinin əhəmiyyətini
qeyd edib, həmçinin vəkillərin tədrisi ilə bağlı peşə hazırlığı və
ixtisasartırma prosesində Ədliyyə Akademiyasının fəaliyyəti barədə məlumat
verib.
Necat Yağcı göstərilən qonaqpərvərliyə
görə təşəkkürünü bildirib, Qars Vəkillər Kollegiyasının fəaliyyəti barədə
ətraflı məlumat təqdim edib.
Görüş qarşılıqlı müzakirələrlə davam
edib.
08.06.2026

